İraq Məhkəməsi Donald Trampın saxlanılması qərarını verib

General Qasim Süleymani və İraqın Haşd-Şabi qüvvələrinin yüksək rəsmisi Əbu-Mehdi əl-Müəhəndisə qarşı terror hücumu əmrini verən ABŞ prezidenti Donald Trampın saxlanılma qərarı verilib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İraqın Məhkəmə Şurasının sədri Muslim Mutib Tehrana səfəri zamanı deyib.

Tehranda İran Məhkəmə Hakimiyyətinin sədr müavini ilə görüşən İraq rəsmisi bildirib ki, Donald Tramp açıq-aşkar bu terror aktının həyata keçirilməsi ilə bağlı göstərişin onun tərəfindən verdildiyini elan edib və ona görə saxlanılması ilə bağlı məhkəmə hökmü var.

İran Məhkəmə Hakimiyyətinin sədr müavini höccətül-islam Müsəddiq bu görüşdə iraqlı həmkarına general Qasim Süleymani və Əbu-Mehdi əl-Mühəndisin işi ilə bağlı addımlarına görə təşəkkür edib.