Din-dövlət münasibətləri: Problemlər və həlli (2-ci hissə)

Din xalqın milli-mənəvi dəyəri olsa da, zamanla müəyyən idioloji təsirlərə məruz qalaraq yanlışlıqlara tuş gəlir. Sovetlərin böyük gözdənsalma mexanizmi bu işin əvvəlini ruhaniləri, elm adamlarını ölkənin siyasi fiqurları olaraq silməklə dini inancın təsirini lokallaşdırıb, ardınca yaratdığı qorxu mühiti ilə bu təsiri tamamilə boğur. Sonrakı dövrlərdə məlumatsız cəmiyyətdə dinin istənilən təhrifə, yanlış, xürafata qarışdırma cəhdi və ya cəmiyyətdə gerilik əlaməti kimi təqdimatla o, din və cəmiyət arasında böyük boşluq əmələ gətirə bilir. Şübhəsiz, tarıma çəkilmiş qadağalar sovetlərin süqutu ilə xalqı dinə meyilləndirəcək bir mühitə ehtiyac qucağını açacaqdı. Buna bəzi din dəyərlərinin qorunduğu nöqtələrdə din adətlər səviyyəsinə qədər eniş etsə də, tam yox olaraq aradan getməməsi də yardım göstərəcəkdi.

Sovetlərin 80-ci illərdə dinlərə qarşı müəyyən yumuşalma siyasəti insanları yenidən inancın ünvanına istiqamətləndirdi. Dini göz bəbəyi kimi qorumaqda olan kiçik közərtilər xurafata qarışaraq mövcud zamanda şaxta altından göyərən bahar müjdəçisi olan çiçək kimi idi. Sovetlərin tənəzzül dövrü dini inanc, ikinci həyatını yaşamağa başlayan uzun zaman xəstəliklə zəif bir duruma düşən xəstə simalı idi. Bu zaman o böyük qayğı, sevgi və diqqət axtararkən müstəqillik dövrünün xautik vəziyyəti onu elə doğuluşdan yetim uşağa çevirdi. Hakimiyyətin dinin vəziyyətini düşünməməsi, hətta ondan uzaq bir dünyanı daha məqbul hesab etməsi yadlaşmanın kuliminasiya nöqtəsi oldu. Bu yadlaşmada hakimiyyət yeni, müstəqil Azərbaycan üçün dövlətdə inancın dəstəkçisi rolunda dini özünə doğru çəkmək əvəzinə uzaqlaşdırmanı daha doğru bildi. Hansı ki, əksi din-dövlət münasibətlərində amil olma ehtimalı daha böyük idi. Hakimiyyətin kadr azlığı, iqtisadi böhran və müharibə kimi siyasi gərginlikdə dövlətin bu sahəni o qədər də zərurətə almaması bu məsafəni bir az da soyudan növbəti səbəblərdən idi. Əlbəttə, dövlətin diqqətə almadığı bu tərəf inanca bir xalqın anatomik ehtiyacı və bu ehtiyacın fonunda maddi böhrandan istifadə edən dini missionerlərin ölkəyə ayaq açmasına münbit şərait yaradırdı.

Müstəqilliyin ilk illəri müxtəlif dini düşüncə, cərəyan və əqidələrin ölkədə geniş bazarı yaranmağa başladı. Rəhbərliyin xalqın təminatında zəif olması, hakim qüvvələrin bu bazardan qazancı yetərli bir axın üçün kənar dövlətləri Azərbaycanı dini paliqona çevirdi. Atəşkəsdən sonra başını hakimiyyət dəyişmədən ayıran rəhbərlik dinin bu bir neçə ildə nüfuz çərçivəsini müşahidə edincə bunu narahatlıqla qarşıladı. Lakin bu narahatlıq onu dini özünə yaxın deyil bir az da uzaq salan qorxu idi. Hakimiyyət dinin möhkəmlənməsində kənar təsirlərin gücünü sabahın təzyiq mexanizmi olaraq dəyərləndirməsi onun növbəti qadağa layihəsi, sərt qanunların qəbulunda hərəkətə gətirdi.

1999-cu ildən başlayaraq müstəqiliyin əvvəllərində ölkədə açılan dini təhsil ocaqları, xarici ölkənin din mütəxəssislərinin ölkədə dini ocaqlarında təhsil vermə layihələri qadağalanmağa başladı. Bəlkədə buradan müsbət hansısa bir ipucu axtarmaq olardı ki, dini ocaqlarda bir milliləşmə, milli kadrların yetişdirilməsi üçün yerli müəllimlərdən istifadə digərləri ilə özünü əvəzləyəcəkdi. Axı müstəqillikdən bu tərəfə uzanan illər o günə qədər yetərincə yerlı kadrların yetişdirilməsinə səbəb olunmuşduda. Lakin xarici kadrların qovulmasından bir il sonra süni yaradılan “yaşıl inqilab” leksikomu məktəb və mədrəsələri bütünlükdə hədəfə aldı. İki il ərzində ölkədə fəaliyyət göstərən irili xırdalı 30 dan artıq mədrəsə və məktəb qapadıldı ki, bu isə ən böyük siyasi səhv sayıla bilərdi.

Ardı var...

 

Müsəlman Birliyi Hərəkatının Təhlil Mərkəzi.