Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, ölkə ərazisindən və ya hava məkanından İran və ya hər hansı digər ölkəyə qarşı təcavüzkar hərbi əməliyyatlar üçün istifadə edilməyib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “Hər hansı bir ölkənin İran İslam Respublikasına və ya hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatlar üçün Azərbaycan ərazisindən və ya hava məkanından istifadə etməsi ilə bağlı iddiaları qəti şəkildə rədd edirik” deyib.
Hacızadə bu iddiaların əsassız olduğunu və bu istiqamətdə etibarlı sübutların olmadığını vurğulayıb.
O, həmçinin bildirib ki, bu cür iddialar Azərbaycan və İran arasında qarşılıqlı suverenlik, ərazi bütövlüyünə hörmət və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanan münasibətlərə xələl gətirə bilər.
Xatırladaq ki, İranın Ermənistandakı səfiri Mehdi Sübhani İsrailin 12 günlük müharibə zamanı İrana qarşı hücumlarında Azərbaycan ərazisindən istifadə etməsi ehtimalının araşdırıldığını açıqlayıb. Sübhani vurğulayıb ki, əgər bu təsdiqlənərsə, Tehran bunu ciddi pozuntu hesab edəcək.
Bizim ərazimiz və ya hava məkanımız İrana qarşı istifadə olunmayıb