Məhərrəmin ilk gecəsi Kərbəlada zəvvarların sıxlığı ilə müşahidə olundu

Məhərrəm ayının ilk gecəsi müqəddəs Kərbəla şəhərində izdihamlı mərasimlərlə başlayıb. On minlərlə zəvvar Hüseyn (ə) və Kərbəla şəhidlərinin məqamlarını ziyarət etmək üçün bir araya gəlib.

Mərasimlər gecə saatlarınadək davam edib və zəvvarlar hüzn, dualar və mərsiyələrlə matəm mərasimlərinə start veriblər.

Xatırladaq ki, dünya şiələri Məhərrəm ayının gəlişi ilə Kərbəlada şəhid edilmiş İmam Hüseynin (ə) əza günlərini qeyd edir.