Peyğəmbərləri hədəf alan “Leman” rüsvayçılığı ilə bağlı araşdırma

Türkiyə Ədliyyə naziri Yılmaz Tunc bombalanan şəhərin səmasında Məhəmməd peyğəmbərin (s) Musa peyğəmbərə (ə) salam verməsini əks etdirən karikaturaya görə “Leman” jurnalı ilə bağlı “dini dəyərləri açıq-aşkar təhqir etmək” maddəsi ilə araşdırma başlandığını açıqlayıb.

Tunç, "Peyğəmbərimizi karikaturaya çəkmək və ya hər hansı şəkildə onu vizual olaraq təmsil etməyə çalışmaq təkcə dini dəyərlərimizə deyil, həm də ictimai sülhə zərər verir" deyib.

Leman jurnalının 26 iyun sayında Hz. Məhəmməd (s) və Hz Musanın (ə) Yaxın Şərqin bombalanmış şəhərlərinin üstündəki karikaturası böyük əks-səda doğurub.

Ədliyyə naziri Yılmaz Tunc jurnalla bağlı “dini dəyərləri təhqir etmək” səbəbi ilə araşdırma başlandığını açıqlayıb:

"İstanbul Respublika Prokurorluğu tərəfindən yumor jurnalı tərəfindən çəkilmiş Məhəmməd peyğəmbərin karikaturasına görə Türkiyə Cəza Məcəlləsinin 216-cı maddəsinə əsasən "dini dəyərləri açıq-aşkar təhqir etmə" cinayəti ilə bağlı məhkəmə araşdırması başlayıb. Heç bir azadlıq inancın müqəddəs dəyərlərini mizah mövzusuna çevirmək hüququnu vermir.

Məhəmməd peyğəmbərin karikaturasını çəkmək və ya hər hansı şəkildə onu əyani şəkildə təmsil etməyə çalışmaq təkcə dini dəyərlərimizə deyil, həm də ictimai əmin-amanlığa zərər verir. Milyonlarla müsəlmanın inancını heçə sayan bu təxribat cəhdinə qarşı lazımi hüquqi addımlar gecikmədən atılacaq”.

 

Dörd nəfər haqqında həbs qərarı çıxarılıb

İstintaq çərçivəsində jurnalın baş redaktoru, redaktoru və əsərin müəllifi olmaqla ümumilikdə 4 nəfər barəsində “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək və ya alçaltmaq” ittihamı ilə həbs qətimkan tədbiri seçilib.