Ayətullah Məkariz Şirazidən Ayətullah Xameneiyə dəstək bəyanatı

ABŞ və İsrail tərəfindən, xüsusilə də Donald Tramp tərəfindən İran İslam İnqilabının Ali lideri Ayətullah Xameneinin, həmçinin dini liderlərin və alimlərin ünvanına sui-qəsd təhdidlərinin fonunda böyük mərcəyi-təqlid Ayətullah Məkarim Şirazi bəyanatla çıxış edib.

Ayətullah Məkari Şirazi bəyan edib ki, İslam ümmətinə və İslam hökumətinə zərbə üçün üçün İranın Ali lideri Ayətullah Xameneini və həmçinin mərcəiyyəti təhdid edən və ya Allah etməsin, onlara hücum edən istənilən şəxs və ya rejim müharib (hərbi kafir) hesab edilir.

O vurğulayıb ki, bu cür şəxslərin müsəlmanlar və ya İslam dövlətləri tərəfindən dəstəklənməsi və onlarla əməkdaşlıq haramdır, qadağandır.

Ayətullah Məkarim Şirazi əlavə edib ki, bütün dünya müsəlmanları o düşmənləri – həmin şəxsləri və rejimləri həmin sözlərinə və xətalarına görə peşman etməlidirlər və bu yolda çətinliyə düşən və xəsarət alan, zərər görən müsəlmanlar Allahın yolunda olan mücahid savabı qazanacaqlar, Allahın izni ilə.

Ayətullah Məkarim Şirazi sonda bildirib ki, qoy, Allah İslam ümmətini düşmənlərin şərrindən hifz etsin və İmam Mehdinin (ə.f) zühurunu tezləşdirsin.