Suriyada güclü partlayış olub

Suriyanın Həma şəhərində güclü partlayış nəticəsində çoxlu sayda insan tələfatı və yaralı var. Partlayışın şəhərin şərqindəki Cəbrin Farms ərazisində baş verdiyi bildirilir.

İlkin məlumatlara görə, Suriyada partlayış nəticəsində 7 nəfər ölüb, çoxlu sayda yaralı var.

Bölgədəki hadisə şahidlərinin sözlərinə görə, partlayış quşçuluq fermasının yaxınlığında baş verib. İlkin məlumatlara görə, azı 7 nəfər ölüb, çoxlu sayda yaralı var. Yaralılar təcili tibbi yardım maşını ilə yaxınlıqdakı xəstəxanalara aparılıb.

Partlayışın səbəbi hələ müəyyən edilməyib, təhlükəsizlik qüvvələri hadisə yerində araşdırmalarını davam etdirir. Şəhərin müxtəlif məhəllələrində hiss edilən partlayışdan sonra ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb.

Səlahiyyətlilər hadisə ilə bağlı rəsmi açıqlama verməsələr də, ölən və yaralananların sayının artacağı ilə bağlı narahatlıqlar var.