Liviya müftisi: İran-İsrail müharibəsi İslamla küfrün müharibəsidir

İran və İsrail arasındakı müharibə İslam və küfr arasındakı müharibədir.

Bu barədə Liviyanın müftisi şeyx Sadiq əl-Qariani bildirib.

Sionist rejim İslam ölkəsinə soxularaq ona hücum edib. (İsrail) bunu zülmkarlıq və düşmənlikdən edib“, – deyə o qeyd edib.

Bu (İsrail) rejim(i) Qərb ölkələrinin dəstəyi ilə iğtişaşlar törədr, istədiyini öldürür, edam edir. İran müsəlman ölkəsi olduğu üçün bu ölkələr sionist rejimlə əlbir olaraq İrana hücum ediblər. Bu müharibə, döyüş kafirlərlə müsəlmanlar arasında olan müharibədir, döyüşdür“, – deyə liviyalı müfti bəyan edib.

O deyib ki, bu hücumlarla İslam ölkələrinin, o cümlədən də İran İslam Respublikasının suverenliyi pozulur.