Azərbaycanla İsrail arasında qaz müqaviləsində SOCAR-ın TAMAR-dan 10 faiz pay aldığı yayımlanıb. Sövdələşmənin dəyərinin təxminən 1,25 milyard dollar olduğu qeyd edilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti SOCAR İsrailin ən böyük qaz yataqlarından biri olan Tamarda 10 faizlik payın alınmasına dair müqavilə imzalayıb. İsrailin “Globes” nəşrinin iyunun 27-də yaydığı hesabata görə, “SOCAR-a Tamarda 10 faizlik pay verəcək sövdələşmənin dəyəri təxminən 1,25 milyard dollardır”.
SOCAR israilli milyarder Aaron G. Frenkelin nəzarətində olan Union Energy və Tamar Petroleum adlı iki şirkətin səhmlərini alıb. ARDNŞ "Union Energy"dəki 48,3% və Təl-Əvivdə siyahıya alınmış "Tamar Petroleum"da 17,9% payı ilə "Tamar"ın 7%-nə sahib olacaq.
Hayfadan 90 km məsafədə yerləşən Tamar Aralıq dənizinin ən böyük qaz yataqlarından biridir. O, 2009-cu ilin yanvarında kəşf edilib və İsrailin əsas qaz ehtiyatlarından biridir. Müstəqil ehtiyat qiymətləndirməsinə əsasən, yatağın təxminən 389 milyard kubmetr təbii qaz ehtiyatı olduğu təxmin edilir.
Soyqırım davam edərkən...İsraillə Azərbaycan arasında qaz sövdələşməsi baş tutub