Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun başçılığı ilə parlament nümayəndə heyəti Rusiyanın Moskva şəhərinə səfəri təxirə salınıb.
Həmin nümayəndə heyəti Azərbaycan Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının 23-cü iclasında iştirak etməli idi.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat yayıb.
Məlumatda bildirilir ki, “buna səbəb Rusiyanın Yekaterinburq şəhərində bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən etnik zəmində nümayişkaranə, məqsədli, mühakiməsiz şəkildə qətl və zorakılıq əməllərinin həyata keçirilməsidir”
“Yuxarıda deyilənləri nəzərə alaraq, Azərbaycan parlament nümayəndə heyətinin adıçəkilən səfəri ləğv olunub”, məlumatda əlavə edilib.
Hələlik, məsələyə Rusiya Federal Məclisinin münasibəti bəlli deyil.
Azərbaycan parlament nümayəndə heyətinin Rusiyaya səfəri təxirə salınıb