"Mançester Siti" BƏƏ klubunu darmadağın etdi

Klublararası Dünya Çempionatında qrup mərhələsinin ikinci turuna yekun vurulub.

Günün ilk görüşündə G qrupunda “Yuventus” “Vidad”ı məğlub edib. Qrupun digər matçında “Mançester Siti” “Əl Əyn”ə darmadağınla qalib gəlib.

H qrupunda “Real” “Paçuka”ya qalib gəlib, “Əl Hilal” isə “Zalsburq”la heç-heçə edib.

G qrupu

"Mançester Siti" (İngiltərə) – "Əl Əyn" (BƏƏ) - 6:0
Qollar: İ.Gündoğan, 8, 73, K.Eçeverri, 27, E.Haaland, 45+4 (pen.), O.Bobb, 84, R.Çerki, 89

Xal durumu: Yuventus – 6, Mançester Siti – 6, Vidad – 0, Əl Əyn – 0