İran ballistik raketlərlə İsrailə hücum edib, 4 nəfər ölüb

İran ballistik raketlərlə İsrailə hücum edib. Raketlərdən azı biri Beerşeba şəhərinə düşüb.

Kanal 12-nin məlumatına görə Beerşeba şəhərinə düşən raket 7 mərtəbəli binaya çırpılıb.

Raketin düşməsi nəticəsində 4 nəfərin öldüyünü və bir neçə nəfərin də yaralandığı bildirilir.

İsrail ordusunun məlumatına görə, İrandan daha bir neçə raket buraxılıb. Yerli sakinlərə sığınacaqlara getmələri tapşırılıb. Bir çox şəhərdə həyəcan siqnalı səsləndirilir.