Dnepr şəhərinə raket hücumu: 8 ölü, 84 yaralı

Ukraynanın Dnepr şəhərində baş vermiş raket hücumu nəticəsində azı 8 nəfər həlak olub, 84 nəfər isə yaralanıb.

Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Yaralananlardan 62 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 7-nin vəziyyəti ağırdır.

Dnepropetrovsk vilayətinin başqa bir şəhəri olan Samarda da iki nəfər həlak olub, 11 nəfər yaralanıb.

Hadisə anı yerli teleqram kanallarında yayımlanıb.