ABŞ-ın daha bir iddiası çökdü: General Qaani sağdır

ABŞ-ın daha bir iddiası çökdü.

İyunun 13-də sionist İsrailin hücumlarında şəhid olduğu iddia edilən İran İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandanı general-mayor İsmayıl Qaani 12 gün sonra Tehranda keçirilən zəfər bayramında görüntülənib.

Qaaninin İnqilab Meydanındakı şənliklərə qatıldığını və ictimaiyyətlə söhbət etdiyini əks etdirən görüntülər yayıb.
İranın rəsmi agentliyi İRNA-nın verdiyi məlumata görə, Qaani paytaxtdakı İnqilab meydanında keçirilən qələbə şənliklərində iştirak edib və ictimaiyyətlə söhbət edib. Görüntülərdə Qaani mühafizəçiləri ilə meydanda gəzərkən görüntülənib.

Xatırladaq ki, Amerika mediası Qaaninin hücumlardan sonra şəhid olduğunu iddia edib. Lakin İran rəsmiləri bu günədək bu iddiaları rəsmən təkzib etməyiblər.