İran ABŞ-ın Qətər və İraqdakı bazalarına qarşı hərbi əməliyyata başlayıb. Hücumun ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi hava hücumuna cavab olaraq həyata keçirildiyi bildirilir. Qətər Yaxın Şərqdəki ən böyük Amerika bazası və ABŞ Mərkəzi Komandanlığının qərargahı olan Əl-Udeyd Hava Bazasına ev sahibliyi edir.
İranın dövlət televiziyası IRIB bildirib ki, “Fəth müjdəsi” adı verilən hücum ABŞ-ın Qətərdəki Əl-Udeid bazasına yönəlib.
İranın İRNA xəbər agentliyi də İraqdakı ABŞ bazasına raket hücumu edildiyini açıqlayıb.
İtkilər haqqında məlumat verilməyib.
Ötən gecə İran cavab olaraq ABŞ-ın Qətər və İraqdakı bazalarına zərbələr endirib