İran Yaxın Şərqdə yeni geosiyasi reallığın əsasını qoyur

Müsəlman Birliyi Hərəkatı İran xalqını və rəhbərliyini 12 günlük müharibədə İsrail və müttəfiqləri üzərində çaldığı qələbə münasibətilə təbrik etdi.
Müsəlman Birliyi Hərəkatı (MBH) İran İslam Respublikasını və onun rəhbərliyini İsrailə qarşı 12 gün davam edən müharibədə əldə edilən qələbə münasibətilə təbrik edərək, bildirir ki, bu zəfər təkcə bir ölkənin deyil, bütün İslam dünyasının iradəsinin və müqavimət ruhunun təcəssümüdür.
İranın bu qətiyyəti və strateji cavab gücü regionda sionist rejimin təkəbbürünə ciddi zərbə vurmuş, onun hərbi və siyasi zəifliyini üzə çıxarmışdır.
Bu müharibədə İranın göstərdiyi mövqe, regional müttəfiqlərlə koordinasiya və texnoloji üstünlük Yaxın Şərqdə yeni geosiyasi reallığın əsasını qoyur.
Müsəlman Birliyi Hərəkatı beynəlxalq ictimaiyyəti, xüsusilə də İslam ölkələrini bu tarixi dönüş nöqtəsində İranla həmrəylik nümayiş etdirməyə çağırır. Bilinsin ki, yalnız birlik və qarşılıqlı dəstək regionda ədalətli sülh və davamlı təhlükəsizliyi təmin edə bilər.
Bu qələbə uzun illərdir basqı altında olan xalqlara ümid verir və göstərir ki, sionizmin təcavüzkar siyasətinə qarşı durmaq mümkündür.
Sonda uca Allahdan 12 günlük müharibədə şəhid olanlara rəhmət, yaralananlara şəfa diləyirik.