İsrail İrana hücumunun ağır bədəli ilə üz-üzədir. Hökumətin büdcə kəsirinin bu il ümumi daxili məhsulun (ÜDM) 6 faizinə çatacağı gözlənildiyi üçün vergi ödəyiciləri milyardlarla dollar kompensasiya və yenidənqurma ödənişləri ilə üzləşməli olacaqlar.
İsrailin İranla 12 günlük müharibəsinin iqtisadi təsirləri aydınlaşır. Xəzinədarlıq rəsmiləri müharibədən sonra büdcə kəsirinin Ümumi Daxili Məhsulun (ÜDM) ən azı 6 faizinə çatacağını gözləyirlər. Bu göstərici əvvəlki 4,9 faiz həddini aşaraq ölkə iqtisadiyyatı üçün həyəcan təbili çaldığını göstərir. JPMorgan eyni şəkildə İsrailin büdcə kəsiri ilə bağlı proqnozunu 6,2 faizə qaldırıb.
NTV xəbərinə görə; İranın atdığı ballistik raketlərə qarşı hava hücumundan müdafiə sistemlərinin qiyməti heyrətləndiricidir. Arrow 3 raket sisteminin bir dəfə buraxılışı 4 milyon dollara başa gəldiyi halda, Arrow 2 sistemi üçün bu rəqəm 3 milyon dollar civarındadır.
İsrailin İrana qarşı əks-hücumlarının gündəlik xərci təxminən 735 milyon dollar təşkil edib. Bildirilib ki, 200-ə yaxın təyyarə 1500 döyüş uçuşu həyata keçirib, bu əməliyyatların ümumi dəyəri isə 1,2 milyard dollara çatıb.
40 MİNDƏN ÇOX KOMPENASİYA MÜRACİƏTİ
Təl-Əvivin cənubunda yerləşən Veyzman İnstitutu və ölkənin ən böyük neft emalı zavodlarından biri olan Bazam zavodu da daxil olmaqla bir neçə strateji obyektə ziyan dəyib. İlkin hesablamalara görə, infrastruktura dəyən ümumi ziyan 1,5 milyard dollar təşkil edir. Binalara, nəqliyyat vasitələrinə və digər mülki əmlaka görə kompensasiyaların ödənilməsi üçün 40 mindən çox müraciət edilib.
Vergi İdarəsinin rəsmisi Amir Dahan zərərin miqyasının "görünməmiş" olduğunu söylədi və sayının daha da artacağını proqnozlaşdırdı. Xəzinədarlığın müharibə ehtiyatları tamamilə tükənib.
Müharibə səbəbindən bağlanan müəssisələr üçün dövlət təzminat ödəməlidir. İşəgötürənlərə dövriyyəyə görə kompensasiyaların verilməsi nəzərdə tutulsa da, işçilərə ödənişlər məhdud olaraq qalacaq. İsrail mediası kompensasiya sisteminin zərərin yalnız kiçik bir hissəsini əhatə etdiyini yazır.
ÜMUMİ XƏRCLƏR 80 MİLYARD DOLLARDAN ÖYÜK OLACAQ
60 min müəssisənin bağlanma riski ilə üzləşdiyi bildirilsə də, ilin ilk altı ayında Hayfa limanında idxal-ixrac trafiki 16 faiz azalıb.
İqtisadi analitiklər hesab edirlər ki, İsrailin son 20 ayda keçirdiyi müharibələrin ümumi dəyəri 80 milyard dolları keçə bilər. Bu rəqəmə təkcə hərbi xərclər deyil, həm də mülki kompensasiyalar və istehsal itkiləri daxildir.
12 günlük müharibədən İsrail üçün milyard dollarlıq itki