Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən zorakı əməliyyatdan sonra Azərbaycan Mədəniyyət Nazirliyi Rusiya ilə bütün mədəni əməkdaşlığı dayandırmaq qərarına gəlib.
Nazirlik bəyan edib ki, etnik mənsubiyyətə görə azərbaycanlılara qarşı “nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməlləri”, eləcə də bu kimi halların son dövrlərdə “sistematik xarakter alması” nəzərə alınaraq, Rusiyanın dövlət və özəl qurumları ilə birgə Azərbaycanda keçirilməsi nəzərdə tutulan bütün mədəniyyət tədbirləri ləğv edilir.
Söhbət konsertlərdən, festivallardan, teatr tamaşalarından, sərgilərdən və digər mədəni tədbirlərdən gedir.
Nazirlik bu qərarı Rusiyada azərbaycanlılara qarşı artan zorakılıq hallarına cavab olaraq qəbul etdiyini bildirib.
Rusiyanın Azərbaycanda keçirilməsi nəzərdə tutulan bütün mədəniyyət tədbirləri ləğv edilir