Tale Bağırzadə: “Cəmil Həsənliyə bir daha rasional mövqey nümayiş etdirdiyinə görə təşəkkürümü bildirirəm”

Müsəlman Birliyi Hərəkatının sədri Hacı Tale Bağırzadə həbsxanadan tarixçi alim Cəmil Həsənliyə təşəkkür ünvanlayıb. O, Cəmil bəyin “İsrailin İranı vurması terrorizmdir” yazısı haqqında fikirlərini bölüşüb:

“İsrailin siması təəssüb və qərəzli mövqey sahiblərindən başqa hər kəs üçün bəllidir. Dünyanın müharibə ocaqlarında alışdırıcı tərəf olan İsrailin növbəti hədəfi-İrana hücumu hələ də cəzasızlıq və Amerika dəstəyi altında yaşanan vəhşi özbaşnalığın təzahürü idi. Dinc əhali, qadın və uşaqların qətli, xüsusi olaraq atom alimlərinin terrora məruz qoyulması bir daha İsrailin terror ixracına bariz nümunədir.

Təbii olaraq İsrail vandallığı qınaq hədəfində olmalı və qarşısının alınması üçün Beynəlxalq Təşkilatlar yekdil qərar verməlidir.

Biz dəyərli alim Cəmil Həsənlinin bu hadisəyə dəqiq və rasional mövqey nümayiş etdirərək qələmə aldığı “İsrailin İranı vurması terrorizimdir” yazısını bir daha yüksək peşekarlıq və məntiqi yanaşmanın nəticəsi olaraq dəyərləndirir və Cəmil bəyə öz dərin minnətdarlığımızı bildiririk.”

 

Tale Bağırzadə

12 saylı cəzaçəkmə müəsisəsi.