Ərəbistan və İran arasında 2023-cü il üçün Hacc Anlaşma Memorandumu imzalanıb

Səudiyyə Ərəbistanı ilə İran Hacc və Ümrə Təşkilatı arasında 2023-cü il üçün anlaşma memorandumu imzalanıb.

Operativtv.com İRNA - ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı ilə İran Hacc və Ümrə Təşkilatı arasında 2023-cü il üçün anlaşma memorandumu imzalanıb. Seyid Sadiq Hüseyni Hacc və Ümrə Nazirliyinin dəvəti ilə 2023-cü ilin hacc ziyarətlərini müzakirə etmək üçün 7 yanvar şənbə günü Səudiyyə Ərəbistanına gedib. Barışıqla bağlı təfərrüatlar Hüseyni Səudiyyə Ərəbistanından qayıdandan sonra açıqlanacaq.

Səudiyyə Ərəbistanının Əl-Əhbariyyə kanalı bu gün bildirib ki, Səudiyyə Ərəbistanının Hacc və Ümrə naziri Hacc ziyarətini yerinə yetirəcək ziyarətçilərə korona məhdudiyyətləri tətbiq etməyəcək. 2020-21 və 22-ci il tarixlərində koronavirusun yayılması ilə Səudiyyə Ərəbistanı epidemiyanın qarşısını almaq üçün zəvvarların sayına və yaşına məhdudiyyətlər qoymuşdu. 2022-ci ildə covid-19 peyvəndi tam olan və korona testi mənfi olan və xroniki xəstəlikləri olmayan 18-65 yaş arası ziyarətçiləri qəbul edirdi.