Rusiyadan buğda daşıyan gəmilər Pakistana çatıb

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Rusiyadan yola düşən və 300 min ton buğda daşıyan iki yük gəmisi Pakistana çatıb.

Yerli KİV-də yer alan xəbərlərə görə, Rusiyadan Pakistana 300 min ton buğda daşıyan 2 yük gəmisi Kəraçi limanına yan alıb.

Rəsmilər martın 30-dək Rusiyadan daha 400 min ton buğdanın Qvadar limanına çatacağını açıqlayıb.

Rusiyadan daşınan buğdanın Pakistanda un problemini aradan qaldıracağı gözlənilir.

Qeyd edək ki, inflyasiya və iqtisadi şəraitin pisləşməsi səbəbindən bütün ölkədə unun qiyməti artıb.

Yanvarın 8-də Sind vilayətində dövlətin ucuz qiymətə satdığı unu almaq istəyən daşqın qurbanlarının yaratdığı izdihamda bir nəfər ölüb, çoxlu sayda insan yaralanıb.