Azərbaycan səfirliyinə hücumda təqsirləndirilən şəxsin edam olunub

Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edən Yasin Hüseynzadə barəsində çıxarılmış edam qərarının icra olunub.

İran mətbuatı ölkənin ədliyyə sisteminə istinadən yazıb ki, qərar mayın 21-də səhər saatlarında yerinə yetirilib.

Yasin Hüseynzadə 2023-cü ilin yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" markalı avtomat ilə hücum edib. 

Hədisə nəticəsində səfirliyin bir əməkdaşının həlak olduğu, iksinin isə xəsarət aldığı açıqlanıb. 

O, səfirlikdə öz həyat yoldaşını axtardığını və onu xilas etmək istədiyini bildirmişdi.

İran Ali Məhkəməsi Yasin Hüseynzadənin ölüm hökmünü təsdiqləmiş və qərar icraya göndərilmişdi. 

Azərbaycanın rəsmi qurumları isə bu iddianı təsdiqləməmişdilər. 

Hadisədən sonra səfirliyin bütün işçiləri Azərbaycana təxliyə edilib. 

2024-cü ilin iyul ayında səfirlik yeni ünvanda fəaliyyətini bərpa edib.