APA Fələstin Komitəsi sionist parlamentinin Parlamentlərarası Birlikdən çıxarılmasını vurğulayıb

 Asiya Parlamentləri Assambleyası Fələstin Komitəsinin üzvü olan ölkələr bəyanatla çıxış edərək sionist rejimin Qəzzadakı cinayətlərinə son qoyulmasını tələb ediblər və İsrail parlamentinin (knesset) Parlamentlərarası Birlikdən və onun tabeliyindəki qurumlardan çıxarılmasında israr ediblər.

Operativtv.com İRNA-ya istinadən verdiyi məlumata görə, Asiya Parlamentləri Assambleyasının (APA) Fələstin Komitəsinə üzv ölkələr öz bəyanatında Fələstin hökumətinin BMT-yə tamhüquqlu üzvlüyünü dəstəkləməklə yanaşı, sionist rejimin təcavüzünün dərhal dayandırılmasını, Fələstin vətəndaşları üçün dərman, qida, zəruri əşyalar və yanacaq daxil olması məqsədilə Qəzzanın blokadasının təcili aradan qaldırılmasını tələb ediblər.

APA Fələstin Komitəsinin üzvü olan ölkələrin nümayəndələri bu bəyanatda vurğulayıblar: “Sionist rejimin Qəzza və İordan çayının qərb sahilində Fələstin xalqına qarşı törətdiyi təcavüzü və soyqırımını ən kəskin şəkildə pisləyirik, İsrailin təcavüzünün dərhal dayandırılmasını və qış fəslini nəzərə alaraq ehtiyacı olan Fələstin vətəndaşları üçün dərman, ərzaq, zəruri əşyalar və yanacaq daxil olması məqsədilə Qəzza blokadasının tez bir zamanda aradan qaldırılmasını tələb edirik.”