Berlində keçirilən Fələstinə dəstək yürüşündə alman polisinin etirazçılara sərt reaksiyası nəticəsində çox sayda nümayişçi yaralanıb.
İsrail tərəfindən Fələstin torpaqlarının işğalı ilə nəticələnən Böyük Fəlakətin (Nəkbə) 77-ci ildönümü münasibətilə bütün dünyada Qəzzada fələstinlilərə dəstək yürüşləri keçirilib. Almaniyanın paytaxtı Berlində yürüş polis zorakılığı ilə yadda qalıb.
Alman polisinin şəhərdəki yürüşlərə qarşı müdaxiləsi zamanı çoxlu fələstinli tərəfdar yaralanıb. Kreuzberg rayonunda etiraz aksiyası zamanı bir zabit kütlənin arasına çəkilib təpiklə vurulduqdan sonra ağır yaralanıb. Daha sonra o, xəstəxanaya aparılıb. Təcili xidmətlər bir neçə etirazçının da yaralandığını və onlara tibbi yardım göstərildiyini bildirib.
Polis 50-dən çox adamı döymək, həbsə müqavimət göstərmək və ictimai asayişi pozmaq kimi ittihamlarla saxlayıb.
Alman polisi Fələstin etirazlarına qarşı sərt mövqeyi ilə tanınır. Qəzzada soyqırımın başlanmasından bəri Almaniyada Qəzzaya dəstək üçün çoxlu etiraz aksiyaları keçirilib.
Alman polisi heç kimə zərəri olmayan bu humanist etirazları ən sərt şəkildə yatırmağa çalışır. Bir çox nümayişçi əvvəllər polisin müdaxiləsi zamanı yaralanıb və saxlanılıb.
Alman polisi sionistləri qorumağa davam edir