Ali Məqamlı Rəhrər: İslam ölkələri sionist rejimin həyati damarlarını kəsməlidir

 İslam İnqilabının Ali Rəhbəri vurğulayıb: “İslam ölkələri məsul şəxslərinin əlində olan məsələ sionist rejimin həyati damarlarının kəsilməsidir. İslam ölkələri sionist rejimlə siyasi və iqtisadi əlaqələrini kəsməli, bu rejimə kömək etməməlidir.”

Operativtv.com İRNA-ya istinadən məlumatına görə, İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün - çərşənbə axşamı, 23 yanvar - səhər saatlarında “Tehran Vilayətinin 24 min Şəhidi Konqresi”-nin məsul şəxsləri ilə  görüşündə çox mühüm Qəzzə məsələsi qarşısında İslam ölkələri məsul şəxslərinin hərəkətlərini tənqid edərək deyib: “Bəzən İslam ölkələrinin rəsmilərinin mövqeləri, açıqlamaları yanlışdır. Çünki onlar Qəzzada atəşkəs kimi bir məsələdən danışırlar ki, bu da onların əlində deyil və xəbis sionist düşmənin əlindədir. İslam ölkələrinin məsul şəxsləri öz səlahiyyətlərində olan məsələlər üzrə hərəkət etməlidirlər.”

Ali Məqamlı Rəhbər deyib: “İslam ölkələri məsul şəxslərinin əlində olan məsələ sionist rejimin həyati damarlarının kəsilməsidir. İslam ölkələri sionist rejimlə siyasi və iqtisadi əlaqələrini kəsməli, bu rejimə kömək etməməlidir.”

Həzrət Ayətullah Xamenei bildirib: İslam ölkələri məsul şəxslərinin uyğun olmayan fəaliyyətinə və bütün çətinliklərə baxmayaraq, Quranda gəldiyi kimi, Allah möminlərlədir və Allah haradadırsa, zəfər orada olacaq.”

Ali Məqamlı Rəhbər vurğulayıb: “Qəzza xalqının qələbəsi mütləqdir. Mütəal Allah bu qələbəni İslam ümmətinə çox da uzaq olmayan bir zamanda göstərəcəkdir və müsəlmanların, xüsusilə Fələstin və Qəzza xalqının qəlbi şad olacaq.”

Həzrət Ayətullah Xamenei daha sonra deyib: “İslam ölkələri sionist rejimin həyati damarlarını kəsməlidir. İslam ümməti çox da uzaq olmayan gələcəkdə Qəzzə xalqının qələbəsini görəcək.”