Rusiyalı şoumen Maksim Qalkinin İstanbulda keçirilməsi planlaşdırılan konserti ləğv edilib.
Ötən günə nəzərdə tutulan çıxış vətəndaşların və ictimai təşkilatların etiraz çağırışlarından sonra baş tutmayıb.
Konsertin ləğvinə səbəb Qalkinin Qəzzada müharibə fonunda İsrailə dəstək ifadə edən açıqlamaları olub. O, 2023-cü ilin oktyabrında “İsrail qalib gələcək”, 2024-cü ilin iyununda isə İsrailin Nuseyrat qaçqın düşərgəsində keçirdiyi əməliyyatdan sonra “İsrail, səninlə fəxr edirəm!” sözlərini yazıb.
Fələstinlilər arasında çoxsaylı insan tələfatı və Qəzzada yaranan humanitar fəlakət fonunda şoumenin bu açıqlamaları tənqidlərə səbəb olub. Sosial şəbəkə istifadəçiləri və ictimai fəallar konsertin ləğvini tələb etmiş, tədbirin keçiriləcəyi təqdirdə etiraz aksiyası təşkil edəcəklərini bildirmişdilər.
İsrailə Qəzza söyqırımında dəstək verdiyi üçün Qalkinin İstanbul konserti ləğv olundu

Oxşar xəbərlər