05 June 2025

Qurban bayramı və onun qurbanlığı, əzəmət və mahiyyəti

İslamın əzəmətli bayramlarından biri də Müqəddəs Qurban bayramıdır. Hazırda bu mübarək bayramın gözəl günlərini yaşayırıq. Bu münasibətlə hər birinizi təbrik edir, Qurban bayramının əzəmət və mahiyyətini nəzərə alaraq, Müsəlman Birliyi Hərəkatının (MBH) mövzu ilə əlaqədar ilahiyyatçı Toğrul Nuriyev ilə müsahibəsini təqdim edirik:

- Qurban bayramı astanasındayıq. İslamın bu ritual əməlinin maddi və mənəvi tərəfləri barəsində qısa məlumat vermənizi istərdik.

Ayətullah Xamenei: Müsəlman hökumətləri sionist rejimə yardımın bütün yollarını bağlamalıdırlar

İranın Ali Rəhbəri Ayətullah Xamenei "İbrahimi Hacc" ziyarəti münasibətilə göndərdiyi mesajda deyib: Müsəlman hökumətləri sionist rejimə bütün yardım yollarını bağlamalı və bu cinayətkarı Qəzzada qəddar davranışlarını davam etdirməkdən çəkindirməlidirlər.

İran İslam İnqilabının Rəhbərinin bu səhər (cümə axşamı) Ərəfat səhrasında Höccətülislam və Müslümin Nəvab (Ali Rəhbərin Hacc və ziyarət işləri üzrə nümayəndəsi və iranlı zəvvarların nəzarətçisi) tərəfindən oxunan mesajı belədir:

ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında atəşkəslə bağlı qətnamə layihəsinə veto qoyub

Amerika Birləşmiş Ştatları BMT Təhlükəsizlik Şurasında Qəzza zolağında dərhal atəşkəsin elan olunmasını tələb edən qətnamə layihəsinə veto qoyub.

ABŞ qətnaməni dəstəkləməyən yeganə ölkə olub. Sənəddə Qəzzada dərhal və daimi atəşkəsə, həmçinin Fələstin anklavında saxlanılan bütün girovların azad olunmasına çağırış yer alıb.

"The British Council" Rusiyada arzuolunmaz elan edilib

Britaniya Şurasının (The British Council) fəaliyyəti Rusiya Federasiyasında arzuolunmaz elan edilib.

Bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, maarif və mədəni fəaliyyət adı altında müxtəlif maarifləndirici tədbirlərin təşkili, ingilis dilinin tədrisi bəhanəsi ilə, əslində şura üzvləri Britaniyanın təhsil, mədəniyyət və gənclər siyasəti sahəsində uzunmüddətli maraq və dəyərlərini təbliğ edirlər.