ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında atəşkəslə bağlı qətnamə layihəsinə veto qoyub

Amerika Birləşmiş Ştatları BMT Təhlükəsizlik Şurasında Qəzza zolağında dərhal atəşkəsin elan olunmasını tələb edən qətnamə layihəsinə veto qoyub.

ABŞ qətnaməni dəstəkləməyən yeganə ölkə olub. Sənəddə Qəzzada dərhal və daimi atəşkəsə, həmçinin Fələstin anklavında saxlanılan bütün girovların azad olunmasına çağırış yer alıb.

Qətnamə layihəsinin müəllifləri həmçinin BMT və onun humanitar tərəfdaşları tərəfindən Qəzzaya göstərilən yardıma qoyulmuş bütün məhdudiyyətlərin dərhal aradan qaldırılmasını tələb ediblər.