Yəmən PUA-sı Ben Qurion hava limanına hücum edib

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri verdiyi açıqlamada, ölkə silahlı qüvvələrinə məxsus PUA bölməsinin Yaffa (Təl-Əviv) şəhərinin işğal olunmuş bölgəsindəki Lod (Ben Qurion) hava limanını iki Yaffa model intiharçı PUA-sı ilə hədəfə aldığını açıqlayıb.

O dedi: Bu əməliyyat məzlum Fələstin xalqına və onların döyüşçülərinə yardım çərçivəsində və sionist rejimin Qəzza zolağının sakinlərinə qarşı cinayətlərinə cavab olaraq həyata keçirilib.