23 May 2023

Türkiyədəki suriyalı qaçqınların sayı açıqlanıb

“Türkiyədə müvəqqəti məskunlaşan 3 381 429 suriyalı var”.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Onun sözlərinə görə, hazırda Suriyanın 16 500 000-17 000 000 əhalisi var: “Türkiyə ilə sərhəddə 6 000 000 suriyalı yerləşib. Bəşşar Əsəd rejiminin nəzarəti altında olan bölgələrdə isə 10 000 000 nəfər var”.

Azərbaycanın 12 cüdoçusu Qran-pridə iştirak edəcək, Kəramət Hüseynov heyətdən çıxarılıb

Azərbaycan cüdo millisinin Avstriyanın Linz şəhərində keçiriləcək Qran-Pri turniri üçün yekun heyəti müəyyənləşib.

Operativtv.com Reporta istinadən xəbər verir ki, yarışda 8 kişi, 4 qadın idmançı mübarizə aparacaq.

Məşqçilər korpusu Kəramət Hüseynov (66 kq) və Aydan Vəliyevanı (52 kq) ilkin heyətdən çıxarıb.

Nigeriyada silahlı hücum, 18 ölü

Nigeriyada silahlı hücum nəticəsində kənd sakini 18 nəfər həyatını itirib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bir qrup silahlı Benue əyalətinin İye kəndinə hücum edib. İnsdent zamanı 18 nəfər həyatını itirib, xeyli sayda kənd sakini yaralanıb.

Benue əyalətinin polis idarəsinin sözçüsü Catherine Anene açıqlamasında hadisə ilə əlaqəli istintaq başladıldığını və əraziyə təhlükəsizlik qüvvələrinin cəlb olunduğunu bildirib.

İran və İraqdan Ərbəin qərarı

İranın daxili işlər naziri Əhməd Vahidi İraqla Ərbəin mərasimlərinin vizadan azad edilməsi ilə bağlı razılığın əldə edildiyini açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İraqla həmsərhəd olan İlam vilayətinə gedən İranın daxili işlər naziri Əhməd Vahidi ötən gün Mehran Sərhəd Qapısı bölgəsinə baş çəkib və orada baxış keçirib.

Azərbaycanın pambıq ixracından gəliri 55 faiz azalıb

Səkkiz il öncə dünya bazarlarında neftin ucuzlaşması Azərbaycana ciddi problemlər doğurdu. Ölkənin valyuta gəlirləri azaldığından hökumət büdcə öhdəliklərini yerinə yetirərkən çətinliklə üzləşdi. Beləcə, ölkənin milli valyutası - manat bir il içində iki dəfə dəyər itirdi. Ölkənin istər iqtisadi göstəriciləri, istərsə əhalinin sosial durumu pisləşdi və... axır ki, hökumət enerji asılılığından qurtulma planlarını düşünməyə başladı. Devalvasiya dövründə hökumətin, azalan enerji gəlirlərini kompensasiya etmək baxımından, öncəliklərindən biri pambıqçılıq idi.

Xaçmazda jurnalist məhkəməyə verilib və barəsində cinayət işi açılıb

Xaçmaz rayonunun Xudat qəsəbəsində 40 nəfər jurnalist Cəmil Məmmədlinin basqılara məruz qalması ilə bağlı Azərbaycan prezidentinə və birinci vitse prezidentə müraciət edib. Müraciətdə jurnalistə qarşı təzyiqlərə son qoyulması üçün ölkə rəhbərliyindən kömək istənilir.

Xaçmaz sakinləri bildirir ki, Məmmədliyə qarşı şantaj xarakterli əməllərə yol verilir. Müraciətdə deyilir ki, jurnalist daim peşə fəaliyyətini yerinə yetirir, hər hansı qanunsuz əmələ yol vermir, ona qarşı təzyiqlər məhz bundan qaynaqlanır.

İlahiyyatçı Ruhulla Novruzzadənin yaxınları Prezident Aparatının qarşısında aksiya keçirib

Bu gün "Mizan Maarif Mərkəzi” İctimai Birliyinin baş direktoru, ilahiyyatçı Ruhullah Novruzzadənin yaxınları Prezident Aparatı qarşısında aksiya keçirib. Buna səbəb yanvarın 31-də saxlanılan ilahiyyatçının qanunsuz həbsidir. Ailə, Ruhullanın yaşadığı Bakının Bülbülə qəsəbəsində xeyriyyə işləri ilə məşğul olduğunu, ölkədə geniş yayılan narkomaniyaya qarşı mübarizədə fəallıq göstərdiyinə diqqət çəkib. İranla münasibətlərin gərginləşməsindən sonra baş alan həbslər yanvarın son günündə onun da qapısını döyüb.

Azərbaycan Premyer Liqasında son turun təqvimi açıqlanıb

Azərbaycan Premyer Liqasında XXXVI – sonuncu turun oyun cədvəli açıqlanıb.

Operativtv.com Reporta istinadən xəbər verir ki, görüşlər iki günü əhatə edəcək.

Avrokuboklara iddia edən və elitada qalmaq uğrunda mübarizə aparan komandalar mayın 27-də meydana çıxacaqlar.

Mayın 28-də isə medalçılar çıxış edəcək və daha sonra mükafatlandırma mərasimi təşkil olunacaq. Tədbir “Azersun Arena” baş tutacaq.

Finlandiya Rusiya qazından imtina

Finlandiyanın “Gasum” dövlət enerji şirkəti Rusiyanın “Qazprom Eksport” şirkətindən boru kəməri ilə qazının tədarükünə dair uzunmüddətli müqaviləni ləğv edib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə Finlandiya şirkətinin saytında məlumat verilib. Qeyd olunub ki, tərəflər mübahisəni məhkəmənin müəyyən etdiyi müddətdə həll edə bilməyiblər:

"İranın terror fəaliyyətlərinə qarşı beynəlxalq koalisiya qurulmalıdır" - İsrailin müdafiə naziri

İran ticarət gəmilərini üzən terror bazalarına çevirir.

Bunu İsrailin müdafiə naziri Yoav Qalant bu gün keçirilən mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, İran Yaxın Şərqin dəniz sularında üzən terror bazaları yaratmaq məqsədilə ticarət gəmilərini pilotsuz təyyarələr, raket sistemləri və kəşfiyyat məlumatlarının toplanması üçün hərbi gəmilərə çevirir.

Ben-Qvirin Əqsa məscidinə basqın etməsinə reaksiya

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin mayın 21-də Əqsa məscidinə basqın etməsinə reaksiya verib.

İƏT-dən verilən yazılı açıqlamada Ben Qvirin basqınının İsrailin Əqsa məscidinin tarixi və hüquqi status-kvonunu dəyişdirmək cəhdinin bir hissəsi olduğu bildirilib.