İran və İraqdan Ərbəin qərarı

İranın daxili işlər naziri Əhməd Vahidi İraqla Ərbəin mərasimlərinin vizadan azad edilməsi ilə bağlı razılığın əldə edildiyini açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İraqla həmsərhəd olan İlam vilayətinə gedən İranın daxili işlər naziri Əhməd Vahidi ötən gün Mehran Sərhəd Qapısı bölgəsinə baş çəkib və orada baxış keçirib.

Vahidi mətbuata verdiyi açıqlamada, İraqla Ərbəin mərasimləri üçün viza azadlığı mövzusunda razılaşma əldə edildiyini açıqlayıb.

İran Polis İdarəsi 2022-ci ildə İraqdakı Ərbəin mərasimlərində 3 milyon 262 min 201 İran vətəndaşının iştirak etdiyini açıqlayıb.