İlahiyyatçı Ruhulla Novruzzadənin yaxınları Prezident Aparatının qarşısında aksiya keçirib

Bu gün "Mizan Maarif Mərkəzi” İctimai Birliyinin baş direktoru, ilahiyyatçı Ruhullah Novruzzadənin yaxınları Prezident Aparatı qarşısında aksiya keçirib. Buna səbəb yanvarın 31-də saxlanılan ilahiyyatçının qanunsuz həbsidir. Ailə, Ruhullanın yaşadığı Bakının Bülbülə qəsəbəsində xeyriyyə işləri ilə məşğul olduğunu, ölkədə geniş yayılan narkomaniyaya qarşı mübarizədə fəallıq göstərdiyinə diqqət çəkib. İranla münasibətlərin gərginləşməsindən sonra baş alan həbslər yanvarın son günündə onun da qapısını döyüb. Evinə gələn polislər Ruhullanın idarəyə getməsini istəyiblər. Həyat yoldaşının sözlərinə görə Ruhulla üstünü dəyişib, geyinərək polislərlə gedib. Bir neçə gündən sonra isə ilahiyyatçı barədə narkotik ittihamı ilə cinayət işinin başlandığını eşidiblər. “Axı hansı polis idarəsinə gedən özü ilə idarəyə narkotik aparar ki, mənim ruhani qardaşım, ömür boyu siqaret belə çəkməyən Ruhulla bunu etsin?” deyə bacısı bildirib.

Bir çox dövlət idarələrində olan ailə üzvlərinə birmənalı bildirilib ki, bu iş sifarişlidir və onlar bu göstərişi “yuxarıdan” alıblar. Ailənin də Prezident Aparatına gəlmə səbəbi həmən o “yuxarın” kimliyini ifşa edib həbs olunan yaxınlarının azadlığıdır. Ailə Ruhulla Novruzzadə azad olunmayna qədər aksiyalarını dayandırmayacaqlarını bildiriblər.

Ruhulla Novzuzzadə yanvarın 31-i Bülbülədə, yaşadığı evindən polislər tərəfindən saxlanılıb. Fevralın 4-də onun barəsində Suraxanı rayon məhkəməsi 234.4.3-cü maddə (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, saxlama) ilə cinayət işi başladaraq 4 ay həbsqəti imkan tədbiri seçib. Hal-hazırda Şüvəlan təcridxanasında olan ilahiyyatçının həbsindən sonra üzünü hələ görmədiyi övladı da dünyaya gəlib.