Nigeriyada silahlı hücum, 18 ölü

Nigeriyada silahlı hücum nəticəsində kənd sakini 18 nəfər həyatını itirib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bir qrup silahlı Benue əyalətinin İye kəndinə hücum edib. İnsdent zamanı 18 nəfər həyatını itirib, xeyli sayda kənd sakini yaralanıb.

Benue əyalətinin polis idarəsinin sözçüsü Catherine Anene açıqlamasında hadisə ilə əlaqəli istintaq başladıldığını və əraziyə təhlükəsizlik qüvvələrinin cəlb olunduğunu bildirib.

Xatırladaq ki, Apreldə Benue əyalətində iki qrup arasında baş verən zorakılıqlar nəticəsində 150 nəfər ölüb, 18 mindən çox insan isə didərgin düşüb.

Nigeriyanın şimalı heyvandarlıqla məşğul olan fulanilər ilə əkinçiliklə məşğul olan bəzi qəbilələrin şiddətli qarşıdurmalarına səhnə olur. Fulanilər fermerləri heyvanlarını oğurlamaqda və özlərinə hücum etməkdə ittiham edirlər.