19 January 2023

İranın XİN rəhbəri yeni regionların Rusiyaya birləşdirilməsinin legitimliyini tanımır

İran Krım, Donetsk, Luqansk, Xerson və Zaporojye regionlarının Rusiyaya birləşdirilməsini tanımır.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian "TVT World" telekanalına müsahibəsində deyib.

O bildirib ki, Rusiya ilə münasibətlərə baxmayaraq, İran Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tanıyır.

Şahmat üzrə Azərbaycan çempionatı: Lider növbəti dəfə xal itirib

Kişilər şahmatçılar arasında Azərbaycan çempionatında VII turun görüşləri keçirilib.

Operativtv.com Reportra istinadən məlumatına görə, çempionatın lideri Vasif Durarbəyli ardıcıl ikinci dəfə xal itirib. Bu dəfə Durarbəyli qara fiqurlarla Vüqar Əsədli ilə heç-heçə oynayıb. Reytinq favoriti Nicat Abasov qara fiqurlarla Xəzər Babazadə ilə “sülh”ə razılaşıb.

İrandan yaraqlılar atəş açdı: 4 Pakistan əsgəri həlak oldu

İranla Pakistan sərhədində, Bəluçestan əyalətinin Pəncqur bölgəsində həyata keçirilən terror əməliyyatı nəticəsində Pakistan ordusunun 4 hərbçisi həyatını itirib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, hadisə ilə bağlı Pakistan Ordusunun Baş Qərargahı məlumat yayıb.

Məlumatda hücum edənlərin İran ərazisindən istifadə edərək terror əməliyyatına əl atdıqları bildirilib.

Rusiya Çinə qaz nəql edəcək

"Rusiya Federasiyasından Monqolustan vasitəsilə Çinə qaz nəqli üçün “Sibirin Gücü-2” layihəsi  “çox perspektivlidir” və artan qaz istehlakı fonunda ona tələbat olacaq". 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.

“Şübhəsiz ki, biz bu layihəni tərəfdaşlarımızla, Çinlə əməkdaşlığın inkişafında əsas layihələrdən biri hesab edirik”, - Novak bildirib.

Avropa İnsan Hüquqları Məhkəməsi Əvəz Zeynallının və Qənimət Zahidin hüquqlarının pozulmasını tanıyıb

Operativtv.com Turana istinaadən xəbər verir ki, bu gün Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan 4 şikayət üzrə qərarı elan edib.

Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının monitorinqi qrupunun rəhbəri Xalid Ağəliyev Turan-a bildirib ki, iddiaçılar ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüququnun pozulmasının tanınmasını istəyiblər.

Avropada böhran böyüyür

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, son aylarda iqtisadi vəziyyətə etiraz olaraq müxtəlif sektorlarda ardıcıl tətillərə səhnə olan Fransa indi yüz minlərlə işçinin iştirakı ilə böyük tətillə üz-üzədir. Fransa mediası hesab edir ki, 550.000-750.000 nəfər Fransa prezidenti Emmanuel Macron hökumətinin mübahisəli pensiya islahatlarına etiraz etmək üçün ümummilli tətillərə qatılacaq.

İraqda ABŞ hərbi karvanının yaxınlığında partlayış baş verib

İraq mediası bu gün səhər bu ölkədə Amerika hərbi karvanının yaxınlığında partlayış baş verdiyini açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Bağdadda ABŞ ordusunun logistika karvanında partlayış baş verib.

İşğalçı Amerika əsgərlərinin karvanı əl-Yusufiyə şossesində irəliləyərkən yol kənarına qoyulmuş bomba partlayıb.

Pakistanda universitet dərslərinə Quran dərsi əlavə edildi

Pakistan Senatı qanun layihəsini qəbul etməklə Quranın və onun məfhumlarının tədrisini Pakistanın universitet sisteminə daxil etdi.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Pakistan Senatının qanunvericiləri yanvarın 16-da yekdilliklə qəbul edilən qanun layihəsinə əsasən, Pakistanın bütün universitetlərində Qurani-Kərimin tərcümə, təcvid və təfsir ilə tədrisinin bütün fənlər üzrə tələbələr üçün məcburi olmasını tövsiyə edib.

"Fələstin xalqı mütləq qələbə qazanacaq"

İran Ekspertlər Məclisinin sədri Ayətullah Əhməd Cənnəti bildirib ki, Fələstin xalqının sionistlərə qarşı mübarizəsi yekun qələbə ilə nəticələnəcək.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Ayətullah Cənnəti deyib:

"Qəzza xalqının qələbəsi Uca Allahın vədidir və sionistlərə qarşı bu müqavimət və mübarizə mütləq yekun qələbə ilə nəticələnəcəkdir.

Hacı Tale Bağırzadə: “O, bu addımı ilə sadə və aydın bir yol çizdi”

O, azalıq mücadiləsində hələ illər öncə hürriyyətin həqiqətini kiçik, lakin tarix yazan çıxışı ilə nümayiş etdirə bildi. Dövründə insanların düşünməsini belə qorxuya saldıqları həqiqəti Hacı Mövsüm tam çılpaqlığı ilə söyləməkdə sönsuz rəşadət nümunəsi oldu. Elə bir nümunə ki, haqqın aydın ifadəsi üçün sonrakı nəsillərə o, bu addımı ilə sadə və aydın bir yol çizdi. Bundan sonra ədalət carçısı zülmün müxtəlif üzlərini zindanın dar məngənəsində yaşasa da, bu onun mətin ruhunda əsla heç bir təsir buraxmadı.

Lavrov: Moskva KTMT missiyasını Azərbaycan-Ermənistan sərhədinə göndərməyə hazırdır

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kremlin Moskvanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasını son aylar separatçı Dağlıq Qarabağ bölgəsindəki yeganə çıxış yolunun blokadaya alınması ilə bağlı gərginliyin artdığı Azərbaycan və Ermənistan sərhədinə göndərməyə hazır olduğunu bildirib.

Hindistanda tarixi məscid gülünc bəhanə ilə söküldü

Hindistanın Uttar-Pradeş ştatında XVI əsrə aid Şahi Məscid sökülüb.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu islamofob addım “yolun genişləndirilməsi” bəhanəsilə atılıb.

Müsəlman ibadətgahının sökülməsi prosesində dövlət məmurlarının iştirak ediblər. Bu, məhkəmədə məsələ üzrə dinləmələrin başlanmasından bir neçə öncə baş verib.

Ermənistanda hərbi hissədə yanğın: 15 hərbçi öldü

Ermənistandakı hərbi hissələrdən birinin yataqxanasında yanğın baş verib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, nəticədə 15 hərbi qulluqçu ölüb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan deyib ki, hadisə 19 yanvar gecə saatlarında Azat kəndi ərazisində yaşanıb.

3 hərbçinin vəziyyəti isə ağır olaraq qiymətləndirilib.

Səudiyyə Ərəbistanı: Ümid edirik İsrail fələstinlilərlə sülhün onun xeyrinə olacağını başa düşəcək

“Ümid edirik ki, İsrail hökuməti fələstinlilərlə münaqişənin həllinin onun maraqlarına uyğun olduğunu başa düşəcək.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan “Davos” iqtisadi forumu çərçivəsində keçirilən sessiyada çıxış zamanı deyib.

Hacı Mövsüm Səmədov azadlıqda (yenilənib)

Azərbaycan İslam Partiyasının sədri, ilahiyyatçı Hacı Mövsüm Səmədov bu səhər cəza çəkdiyi 7 saylı müəssisədən azadlığa buraxılıb. İlahiyyatçı saat 6-7-arası buraxıldığı deyilir. Bunu da həbsxana önündə kütlənin toplanmaması üçün praktiki olaraq uzun illərdir ki, pentesiar xidmət gerçəkləşdirir. Görünür Hacı Mövsüm Səmədovun da belə erkən buraxılması eyni səbəb güdüb.