Peter Siyarto: Macarıstan qaz və nefti yalnız Rusiyadan ala bilər

 Macarıstan qaz və nefti yalnız Rusiyadan ala bilər.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib. 

"Biz hələ də  neft və qazı Rusiyadan alırıq. Niyə? Çünki infrastrukturumuz ölkəni başqa mənbələrdən istifadə etməyə imkan vermir. İndiki vəziyyətdə Rusiya mənbələri olmadan ölkəni neft və qazla təmin etmək fiziki cəhətdən mümkün deyil", deyə nazir bildirib. 

Onun sözlərinə görə, məhz bu səbəbdən Macarıstan Avropa sanksiyalarından azad olunmasını istəyib. 

Bundan əvvəl Macarıstanın baş nazirinin müşaviri Balaş Orban "Euractiv" portalına müsahibəsində bildirmişdi ki, rəsmi Budapeşt Avropa Komissiyasını anti-Rusiya sanksiyalarının Avropa üçün nəticələrini diqqətlə təhlil etməyə çağırır.