İsrail Qəzzaya son iki gündə 150-dən çox zərbə endirib

İsrail Hərbi Hava Qüvvələri və artilleriya korpusları son iki gün ərzində Qəzza şəhərində HƏMAS-a məxsus etdiyi 150-dən çox hədəfə zərbə endirdiyini bildirir.

Bu barədə İsrail ordusu məlumat yayıb.

Qəzza şəhərini tərk edən fələstinlilərin sayının isə 400 000-i ötdüyü ehtimal olunur.

İsrail ordusu hərbi əməliyyatların davam etdiyini bildirib.

İsrail Sentyabrın 15-də silah istehsalı ilə məşğul olan HƏMAS-ın İstehsal Qərargahını hədəfə alıdığını deyir. Hansı ki, Qəzza artıq aylardır su ehtiyatı belə tükənərək blokadadır və orada bütün ərazilər dəfələrlə bombalanıb. Silah istehsalı mümkünsüz olan ərazi İsrailin nifrət hədəfində olduğu üçün orada ən dəhşətli təmizləmələri o, məhz bu bəhanə ilə həyata keçirir.

BMT ötən gün İsrailin Qəzzada soyqırım siyasəti həyata keçirdiyini təsdiqləyən qətnamə qəbul edib.