Qəzza soyqırımı və aclıq: Nə qədər günahsız insan…

İsrail ordusu Qəzza sektorunda son 24 saatda daha 38 nəfər günahsız qəzzalını qətlə yetirib.

Bununla da 2023-cü il 7 oktyabrdan bəri davam edən soyqırımında İsrail tərəfindən qətlə yetirilmiş dinc fələstinlilərin sayı 64 756 nəfərə çatıb.

Həmçinin son gün ərzində 200 nəfər də yaralanıb ki, ümumi yaralıların sayı 164 059 nəfərə çatıb.

Həmçinin Qəzza sektorunda minlərlə dinc insan da itkin düşüb.

İsrailin öldürdüyü dinc qəzzalıların böyük əksəriyyətini uşaqlar və qadınlar təşkil edir

Həmçinin İsrailin səbəb olduğu aclıq nəticəsində son gün ərzində 1-i uşaq olmaqla daha iki nəfər həyatını itirib. Beləliklə də, Qəzzada indiyədək 143-ü uşaq olmaqla 413 nəfər qida çatışmazlığından həyatını itirib.