“571 rəhmət peyğəmbəri” cizgi filmi nümayiş olunacaq

Türkiyə Diyanət İşləri Başçılığı tərəfindən Məhəmməd Peyğəmbərin (s) mövludunun 1500-cü ildönümünə həsr olunmuş "571 Rəhmət Peyğəmbəri" cizgi filmi tezliklə ekranlara çıxacaq.

Türkiyə Diyanət İşləri Başçısı Prof.Dr.Əli Erbaş bildirib ki, Cumhurbaşkanlığı Məhəmməd peyğəmbərin mövludunun 1500-cü ildönümündə ictimaiyyətə böyük xidmət olan "571 Rəhmət Peyğəmbəri" cizgi filmini təqdim edib. O bildirib:

“Dünyaya rəhmət olan Məhəmməd Peyğəmbərin (s) əxlaqi dəyərlərini və həyatını, ilahi həqiqətlər uğrunda apardığı mübarizəni təsirli və əlçatan üslubda böyük ekranlara təqdim edəcək “571 Rəhmət Peyğəmbəri” gələcək nəsillər üçün qalıcı bir miras, ölkəmizdə bir ilk, dünyada isə öncül əsər olacaq. Allah bizi Peyğəmbərimizin əxlaqı ilə aşılanmış, onun yolundan dönməyən bəxtiyar bəndələrindən qərar versin”.