Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa iyulun 12-də Azərbaycana işgüzar səfərə gəlib.
Suriya prezidentini Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
Suriyada Bəşər Əsəd rejimi 2024-cü ilin dekabrında devrilib və keçmiş prezident Rusiyaya qaçıb. Əsəd devrildikdən sonra Əhməd Əl Şaraa Suriyanın keçid prezidenti olub.
Uzun illər Suriya müxalifətinin aparıcı üzvülərindən olan və dünyada terror təşkilatı tanınan Təhriri Əhli Şam-a başçılıq edən Colanı hakimiyyət çevrilişindən sonra Suriyaya rəhbərlik etməyə başlayıb. Ona qarşı terrorçu ittihamı edən dövlətlər Colaninin hakimiyyət başına gəldikdən sonra onunla əlaqə quraraq terrorçuluq ittihamını ləğv ediblər.
Suriyanın keçid dövrü prezidenti Azərbaycana işgüzar səfərə gəlib
Suriya prezidentini Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.