Livan Parlamenti 11-ci iclasında ölkə prezidentini seçə bilməyib

 Livan Parlamenti bundan öncə ölkə prezidentini müəyyənləşdirmək üçn 11 dəfə iclas keçirsə də müvəffəq olmayıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Livan Parlamenti 11-ci iclasında da Mişel Ounun xələfini seçə bilməyib.

Livan Parlamentinin sədri Nəbih Birri 11-ci iclasda kvorumun kafi olmadığından prezidentin seçilməsi üçün növbəti iclasın gələn həftələrdə keçiriləcəyini bildirib.

Artıq üç aydır bu ölkədə prezidentin kürsüsü boşdur.