Hacı Mövsüm Səmədov azadlıqda (yenilənib)

Azərbaycan İslam Partiyasının sədri, ilahiyyatçı Hacı Mövsüm Səmədov bu səhər cəza çəkdiyi 7 saylı müəssisədən azadlığa buraxılıb. İlahiyyatçı saat 6-7-arası buraxıldığı deyilir. Bunu da həbsxana önündə kütlənin toplanmaması üçün praktiki olaraq uzun illərdir ki, pentesiar xidmət gerçəkləşdirir. Görünür Hacı Mövsüm Səmədovun da belə erkən buraxılması eyni səbəb güdüb.

Xatırladaq ki, AİP sədri 2011-ci ilin yanvarında inzibatı həbs olunsa da, ardınca barəsində bir çox maddələrlə cinayət işi başlanmışdı. Həmən ilin oktyabrında məhkəmə Səmədovu müqəssir bilərək 12 müddətinə azadlıqdan məhrum etmişdi. İlahiyyatçının belə ağır ittihamla həbsinə səbəb olaraq onun hakimiyyəti sərt tənqid etməsi olmuşdu. Bunu ilahiyyatçı özü və onunla bərabər həbs olunan digər partiya üzvüləri də məhkəmə boyunca söyləmişdi. Hüquq təşkilatları da ilahiyyatçını vicdan məhbusu tanıyaraq sifarişli həbs olunmasını təsdiq etmişdilər. 

 

İlahiyyatçı Mövsüm Səmədovun 12 il sürən həbs dövrü sabah bitir. O, cəza çəkdiyi 7 saylı müəssisədən səhər saatlarında buraxılacağı ehtimal olunur. Mövsüm Səmədov 2011-ci ilin yanvarında saxlanılmışdı. Onun bir çox maddələrlə iddihamı irəli sürülsə də o, özünün qeyd edilən maddələrlə günahkar bilmir. Səmədov həbsini hakimiyyətini sərt tənqid edən 12 dəqiqəlik məşhur çıxışla başlı olduğunu söyləyir. O, məhz 12 dəqiqəlik çıxışına görə şərlənərək 12 il azadlıqdan məhrum edildiyini məhkəmə müddətində  bildirir.

Hüquq müdafiəçiləri də Mövsüm Səmədovun həbsini siyasi olduğunu təsdiqləyərək onu vicdan məhbusu olaraq tanıyır.   

Mövsüm Səmədov 2011-ci il yanvarın 7-də işdən evə qayıdarkən yol-hərəkət qaydalarını pozması iddiası ilə saxlanılır və barəsində polisə tabe olmamaq iddiası ilə 13 sutka inzibati qaydada həbs tətbiq edilir. İnzibatı həbs dövrü bitən günü Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi onun barəsində əsaslı şübhələr iddiası ilə Səmədovu BMCMİ-nə aparır və barəsində terrorçuluq, hakimiyyətin zorla ələ keçirilməyə cəhd, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular saxlamada şübhəli bilinərək haqqında Nəsimi Rayon Məhkəməsi 3 ay müddətinə həbs qətimkan tədbiri seçir. 2011-ci ilin oktyabrında məhkəmə önünə çıxarılan Mövsüm Səmədov 12 il müddətinə azadlıqdan məhrum edilir. Dəfələrlə Qobustan qapalı təcridxanasına köçürülən ruhaninin bütün 12 illik həbs dövrü müxtəlif həbsxanalar, karserlərdə keçir.

 Sabah, yanvarın 19-da ilahiyyatçının həbs dövrü bitir və o, azadlığına qovuşacaq.