İyul ayının 11-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti tarixi maksimumu yeniləyib.
Dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:40-da “CoinMarketCap” platformasında 6.12% bahalaşaraq 117804 ABŞ dolları təşkil edib.
Son bir gündə "Ethereum"un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 8.09% artaraq3004 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 6.63% bahalaşıb, BNB isə 3.25% bahalaşıb.
“Bitcoin”in qiyməti 117 min dolları keçib
İyul ayının 11-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti tarixi maksimumu yeniləyib.
Dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:40-da “CoinMarketCap” platformasında 6.12% bahalaşaraq 117 804 ABŞ dolları təşkil edib.
Son bir gündə "Ethereum"un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 8.09% artaraq 3004 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 6.63% bahalaşıb, BNB isə 3.25% bahalaşıb.