Həbsdə olan keçmiş Gürcüstan Prezidenti Mixail Saakaşvili Rusiyanın Ermənistanın əli ilə Azərbaycana hücum etməyə hazırlaşdığını deyib.
Bu barədə iyulun 8-də onun "Facebook" səhifəsindən paylaşılan bəyanatda qeyd olunub.
Saakaşvili Ukrayna hərbi kəşfiyyatının məlumatına istinad edərək deyib ki, Rusiya Azərbaycanla son gərginlik fonunda Ermənistanın Gümri şəhərindəki bazasını gücləndirir.
"Bu, o demək ola bilər ki, Azərbaycanla yeni gərginliklər Kremlin tərəfindən süni şəkildə yaradılıb. Kremlin Yerevandakı Paşinyan hökumətini devirmək və onun yerinə Rusiyanın diktəsi ilə formalaşdırılmış yeni bir hökumət gətirmək, daha sonra isə bu hökuməti Azərbaycana qarşı hərbi əməliyyata cəlb etmək planı qurur", - siyasətçi iddia edib.
Saakaşvili Rusiyanın həm Ermənistana, həm də Azərbaycana daha asan çıxış əldə etmək üçün Gürcüstanda tammiqyaslı hərbi işğal planlaşdırdığını da iddia edib.
"Bu prosesdə Gürcüstandakı oliqarxik diktatura ilə tam əməkdaşlıq edəcəyi gözlənilir. Rusiyanın strateji məqsədləri çox aydındır: Azərbaycanla Ermənistan arasında yaxınlaşmanı dayandırmaq, Türkiyənin Rusiya təsir zonasına daxil olmasının qarşısını almaq, Suriyadakı məğlubiyyətin qisasını almaq və bu prosesdə Gürcüstanı geri dönməz şəkildə özünə tabe etdirmək", - o əlavə edib.
Keçmiş prezident Rusiyaya cavab addımları olaraq Azərbaycanla Ermənistan arasında sülh sazişinin dərhal bağlanmasını, Azərbaycanda Türkiyə hərbi bazasının təcili şəkildə açılmasını və Gürcüstan hökumətini devirmək məqsədilə xalq etiraz hərəkatına dəstəyin artırılmasını təklif edib.
İyulun 5-də Ukraynanın Hərbi Kəşfiyyat Agentliyi Rusiyanın Gümridəki hərbi bazasında canlı qüvvəni artırmağa hazırlaşdığını, bunun üçün Şimali Qafqazdan könüllülər səfərbər etdiyini bildirib.
Ukrayna hərbi kəşfiyyatı buna Rusiya ilə Azərbaycan arasında son günlərdə baş verən gərginliyin səbəb olduğunu deyib.
İyunun 27-də Rusiyanın Yekaterinburq vilayətində iki azərbaycanlının öldürülməsi ilə başlayan gərginlik fonunda Rusiyada azərbaycanlı, Azərbaycanda isə rus vətəndaşlar zorakılıqla həbs olunub. İki ölkə bir-birinə etiraz notası verib.
Saakaşvili: Rusiya Ermənistanın əli ilə Azərbaycana hücum etməyə hazırlaşır