Hindistanda tarixi məscid gülünc bəhanə ilə söküldü

Hindistanın Uttar-Pradeş ştatında XVI əsrə aid Şahi Məscid sökülüb.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu islamofob addım “yolun genişləndirilməsi” bəhanəsilə atılıb.

Müsəlman ibadətgahının sökülməsi prosesində dövlət məmurlarının iştirak ediblər. Bu, məhkəmədə məsələ üzrə dinləmələrin başlanmasından bir neçə öncə baş verib.

“Şahi Məscid”in hələ əsrlə öncə Dehli sultanlığı dövründə Şir Şah Suri tərəfindən inşa etdirilməsinə baxmayaraq, məhkəmə məscidin “ələ keçirilmiş dövlət torpağında” tikilməsi kimi gülün iddia qaldırıb.

İnsanlar bunu anti-islami addım adlandırıblar.

Xatırladaq ki, Hindistanda mütəmadi olaraq müxtəlif bəhanələrlə məscidlər tərəfindən dağıdılır.