Həbsdə olan PKK lideri yenidən müraciət etdi - "Silahları yerə qoyun!"

Kürdüstan İşçi Partiyası (PKK) terror təşkilatının Türkiyədə həbsdə olan lideri Abdullah Öcalan yenidən tərəfdarlarına müraciət edib.

Öcalan İmralı Həbsxanasından 7 dəqiqəlik videoya çəkildiyi bildirilən mesajında ​​təşkilatı silahı yerə qoymağa çağırıb.

Öcalanın mesajı ilə birlikdə həbsdə olduğu digər məhbuslarla yeni fotosu da paylaşılıb.