1960-cı ildə Ər-Riyadda Əhməd Hüseyn Əl-Şara adı ilə anadan olan Əl-Colani orta səviyyəli bir ailədə 5 oğul övladından biridir. Hüseyn əl-Şaraa Qolan təpələrində doğulmuş iqtisadçı və pan-ərəbizm düşüncəli xarizmatik lider Camal Əbdül Nasirin ideyalarından təsirlənmişdir.
Uşaqlıq və yeniyetməlik illərini o, Dəməşqin imkanlı məhəlləsində keçirib. Əl-Şara daha sonra daşınmaz əmlak ofisi yaradıb və ailəsi də əsasən Əl-Colani qardaşlarının idarə etdiyi supermarketdən gələn gəlirlə dolanışığını təmin edir.
Şara daha sonra cihadçılar tərəfindən kafir sayılan ələvi qıza aşiq olur. Hər iki ailənin bu münasibətdən imtina etməsi ailə nigahının erkən sona çatmasına səbəb olur və bu məsələ də onun diqqətini cəmiyyətdəki məzhəb parçalanmalarına yönəldir.
Golani media sahəsində bakalavr təhsilinin birinci kursunda oxuyarkən Dəməşq Universitetindən qovulub.
2003-cü ildə Suriyadakı cihadçı logistik şəbəkələrin dəstəyi ilə əl-Colani İraqa gedir və Mosul şəhərində fəaliyyət göstərən “Surya əl-Mücahidin” kiçik terror qruplaşmasına qoşulur.
Colaninin ailəsi onla əlaqələri 2004-cü ildən itirir. O vaxtdan Şaraa hərbi forma geyinib, üzünü gizlədirdisə, bu gün Qərb kostyumlarını geyinən bu şəxs mətbuat konfranslarında çıxış edir.
Qolani 2006-cı ildə İraqda Amerika qüvvələri tərəfindən əsir götürülərək “Buka” düşərgəsinə köçürülür.
O, burada iki il həbs dövrü keçirir və həbs həyatı yaşayan bir çox terrorçularla yaxın əlaqələr qurur, gələcək üçün müxtəlif fikir mübadilələri aparır. Colani burada Suriyanı ələ keçirmək üçün 40 səhifəlik plan yazdığını da iddia edir.
İraqdakı iki illik həbs dövra bitdikdən sonra o, Camp Bucca-dan (Buka) azad edilərək Mosul yaxınlığında İŞİD komandiri kimi fəaliyyət göstərir. 2011-ci ildə idə Colani İŞİD-in o vaxtkı lideri Əbu Bəkr əl-Bağdadi tərəfindən Suriyaya göndərilir.
Bu təyinatın məqsədi Suriyada İŞİD-in qolu yaratmaq və Suriya vətəndaş müharibəsinin xaosundan istifadə etmək olur.
Bununla belə, Qolani 2013-cü ilin aprelində İŞİD-in Suriyadakı qolunu (Nusra Cəbhəsi) birləşdirməyə cəhddən sonra, aralarında yaranan fikir ayrılığı səbəbindən İŞİD-dən ayrılır. Bu daha çox Colaninin özünün lider olma, kiminsə təsiri ilə deyil, özünün idarə etmə həvəsinə bağlı olur.
İŞİD-dən ayrıldıqdan sonra Əl-Qaidəyə qoşulan Colani Əl-Qaidə lideri Ayman əl-Zəvahiriyə beyət edir. Lakin bu tədbir daha çox Əl-Nusra daxilində qruplaşma ünsürlərinin sədaqətini qorumaq planı səbəbindən olur və uzun sürmür.
2016-cı ildə o “Əl-Qaidə”dən də ayrılaraq o, “Cəbhətut Fateh əş-Şam” qrupunu yaradır və bir il sonra adını “Heyəti Təhrir əş-Şam” olaraq dəyişdirir.
Bundan sonra Colaninin adı qeyd edilən təşkilatlarla çox da xoş münasibətləri olmadan özü, sərbəst fəaliyyət planı qurur. Əlbəttə kənardan müstəqil görünən bu tip təşkilatların həqiqətdə Qərbin maliyyə və idarəçilik altında fəaliyyət göstərmələri bəllidir. Bunun üçün Colaninin addımlarına baxmaq kifayətdir ki, həqiqət bəlli olsun.
2016-cı ildə 2024-cü ilin dekabrına qədər Colani Suriya daxilində hakimiyyətə qarşı müxalif cəbhə formalaşdırsa da həqiqətdə bu Suriyada vətəndaş müharibəsi böhranını böyüdür. Sayları yüz minlərə yüksələn qadın, uşaq və dinc əhalinin ölümü və ölkənin faktiki çöküşü bu dövrü əhatə edir.
Hər kəsdə bu qruplaşmanın silah və digər təhcizatlarla bağlı sualı yarana bilər. Suriya kimi iqtisadi baxımdan tənəzzül etmiş bir dövlətdə hər növ silah təminatı böyük maliyyə imkanları tələb edir. Əlbəttə ki, işin əsas məğzi də elə buradadır.
Səduyyə Ərəbistanından maliyyə alan bu tip təşkilatlar Amerikanın xüsusi nəzarəti altında Yaxın Şərq üçün strateji ərazi olan Suriyanı Qərbə peşkeş etmə siyasəti bu təşkilatların təkcə maliyyə deyil, hərbi hazırlıqları üçün də əsas baza rolunu oynayır. Amerikanın Colaninin başına pul təyinatı da fikirlərdə aldadıcı manevr rolunu oynayaraq bitərəflilik xətti kimi görünsə də, zaman çox keçmədən bunların həqiqətini hər kəs üçün aydın etdi.
2024-cü ilin dekabrında Suriyada hakimiyyət dəyişikliyini həyata keçirərək silahlı çevrilişə nail olan Colani hakimiyyətə gəlir. Bundan sonra cübbəli Colani kastyumlu ölkə başçısına çevrilir. Dünənə qədər onu terrorçu adlandırıb başına pul qoyanlar isə güya indi onun varlığında nəyin isə dəyişdiyi fikrini ortaya qoymağa çalışaraq onu dost qəbul etdilər.
Colani 2024-cü ilin dekabrına qədər hakimiyyəti devirib rəhbərliyə gəlmə dövründə tutduğu xətt və bu məqsədə çatdqdan sonra hansısa fərqli mövqeyə malik olması onun din libasından çıxaraq Qərb masasında əsas tərəf olaraq oturmasından başqa nədə isə dəyişməsini söyləmək demək olar ki, mümkün deyil. Ancaq bu bütün onu terrorçu, qatil bilən ölkələr üçün yetərli sayıldığından Colani “rəhmət mələyi” olaraq hamının qucaq açdığı bir şəxsə çevrilir. Bunu elə onun Azərbaycana ötən gün gerçəkləşən səfərində də müşahidə etmək olar.
Məsələnin Colaninin Qərb masasında bir zamanlar maliyyələri hesabına vəzifə tutmasına yönəlincə şübhəsiz bu təsadüf sayıla bilməz. Qərb müttəfiqliyi təkcə Suriyanı bir neçə yerə bölüb strateji nəzarəti öz əlinə almaqla kifayətlənəcək qədər bəsit ola blməz. Bu silahlı qruplaşmanın digər ölkələrdə də eyni xislətli addımları Qərbin Colani üzərinə qoyduğu məsuliyyətlər sırasında yer aldığı şübhəsizdir. Bunların hansı və necə icra ediləcəyi isə özünü çox da gözlətməz.
Əbu Məhəmməd əl-Colani – Qərbin əlindəki potensial təhlükə