Hacı Tale Bağırzadə: “O, bu addımı ilə sadə və aydın bir yol çizdi”

O, azalıq mücadiləsində hələ illər öncə hürriyyətin həqiqətini kiçik, lakin tarix yazan çıxışı ilə nümayiş etdirə bildi. Dövründə insanların düşünməsini belə qorxuya saldıqları həqiqəti Hacı Mövsüm tam çılpaqlığı ilə söyləməkdə sönsuz rəşadət nümunəsi oldu. Elə bir nümunə ki, haqqın aydın ifadəsi üçün sonrakı nəsillərə o, bu addımı ilə sadə və aydın bir yol çizdi. Bundan sonra ədalət carçısı zülmün müxtəlif üzlərini zindanın dar məngənəsində yaşasa da, bu onun mətin ruhunda əsla heç bir təsir buraxmadı.
 Bu gün ilahi sərhədlərin qorunması üçün canını fəda edən dəyərli insan, gözəl dost, mənəviyyat nümunəsi və sair gözəllikləri özündə ehtiva edən ilahiyyatçı Doktor Hacı Mövsüm Səmədov azadlıqdadır. Biz Azərbaycan xalqına dəyərli ruhanimizin cismani azadlığı ilə təbrik deyir, Allahdan haqqın zəfərində xidməti olan hər kəsə birlik və bərabərlik diləyirik.

Hacı Tale Bağırzadə.