İraqda ABŞ hərbi karvanının yaxınlığında partlayış baş verib

İraq mediası bu gün səhər bu ölkədə Amerika hərbi karvanının yaxınlığında partlayış baş verdiyini açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Bağdadda ABŞ ordusunun logistika karvanında partlayış baş verib.

İşğalçı Amerika əsgərlərinin karvanı əl-Yusufiyə şossesində irəliləyərkən yol kənarına qoyulmuş bomba partlayıb.

ABŞ ordusunun logistika karvanına dəyən zərər və ya mümkün itkilər barədə hələlik əlavə məlumat verilməyib.

Qeyd edək ki, bu hücumdan əvvəl ABŞ koalisiyasına məxsus logistika və hərbi texnika daşıyan çoxlu sayda yük maşını Əl-Taci bölgəsindən Bağdada gedən yola qoyulan bombanın hədəfi olmuşdu.