ABŞ İsrail üzrə Qüdsdə açdığı səfirlik qərarını dəyişməyəcəyini bildirib

“ABŞ Qüdsdəki səfirliyi ilə bağlı sabiq qərarını dəyişməyəcək və buranı İsrail paytaxtı olaraq tanıyır.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibliyinin Mətbuat xidməti açıqlama verib.

ABŞ milli təhlükəsizlik müşaviri Ceyk Sullivanın Yaxın Şərqə səfəri zamanı verilən bu açıqlamada bildirilib ki, ABŞ hökuməti İsraildəki səfirliyinin Qüdsdə qalmasının üzərindədir və buranı İsrailin paytaxtı olaraq tanıyır.

Bu açıqlamaya ilk reaksiya HƏMAS-dan gəlib və hərəkat bu addımı sabiq cinayəti israrla davam etdirmək kimi qiymətləndirib.

Qeyd edək ki, Donald Tramp Administarsiyası Qüdsü İsrailin paytaxtı elan edib. Yeni Administrasiya da həmin qərarı qeyd edilən şəkildə təsdiqləmiş olub.