SOCAR ilə Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalandı

İyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb.
Anlaşma Suriyanın qaz təminatı və ölkənin neft-qaz ehtiyatlarının işlənilməsi məsələlərinin SOCAR-a həvalə olunması ilə bağlıdır.
KİV yazır ki, Azərbaycan kimi neytral bir ölkənin Suriya ərazisində fəaliyyəti İsrail və digər ölkələr tərəfindən narahatlıqla qarşılanmayacaq.
Həmçinin, İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə geniş tərkibdə görüşü olub.